Gürcü hökuməti İlham Əliyevə təşəkkür etdi

Gürcü hökuməti İlham Əliyevə təşəkkür etdi backend

Gürcüstan hökuməti meşə yanğınlarının söndürülməsi üçün iki vertolyot göndərən Azərbaycan hökumətinə, şəxsən prezident İlham Əliyevə təşəkkür edib.

Moderator.az gürcü KİV-nə istinadən xəbər verir ki, Daba kəndi yaxınlığında yerləşən meşə sahəsində avqustun 20-dən bəri başlayan yanğın məhdudlaşdırılıb. Ümumilikdə yanğın beş hektardan çox meşə sahəsini məhv edib. Güclü külək və çətin relyef səbəbindən yanğını tam söndürmək mümkün olmayıb.