Bakı-Sumqayıt qatarının hərəkətində dəyişiklik - CƏDVƏL

Bakı-Sumqayıt qatarının hərəkətində dəyişiklik - CƏDVƏL backend

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində hissəvi dəyişiklik ediləcək.


“Azərbaycan Dəmir Yolları “ QSC-dən Lent.az-a verilən məlumata görə, Biləcəri-Keşlə mənzilinin cüt yolunda aparılan təmir işləri ilə bağlı otuz beş gün müddətində “Texniki fasilə”nin verilməsi ilə əlaqədar olaraq, avqustun 22-dən 26-dək Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli hissəvi dəyişdirilir.

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər haqqında ətraflı məlumatı www.ady.az saytından əldə edə bilərsiniz.