Qaziler.az ATV.az-a istinadən bildirir ki, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edib.
Müraciətdə deyilir:"Bakıda keçiriləcək 1-ci Avropa Oyunları ilə əlaqədar cari il iyun ayının 1-dən 30-dək yarış iştirakçılarının, azarkeşlərin və ölkəmizə gələn çoxsaylı qonaqların təhlükəsiz və sərbəst hərəkətlərinin təşkili ilə əlaqədar paytaxtın mərkəzi küçə və prospektlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə müxtəlif təyinatlı yük avtomobillərinin Bakı şəhərinə buraxılmayacağını iş planlarında nəzərə alsınlar. Ümidvarıq ki, adıçəkilən tədbirin yüksək səviyyədə keçirilməsinin əhəmiyyətini düzgün qiymətləndirərək, ölkəsini, xalqını sevən hər bir şəxs müraciətimizə sayğı ilə yanaşacaq, üzərinə düşən vətəndaşlıq borcunu layiqincə yerinə yetirəcək."