Bu gün "Əsgər Ailələrinə Dəstək" İB-nin sədri Mətanət Əsgərqızı şəhid anasına baş çəkib.
QHT.az xəbər verir ki, təşkilat sədri Mətanət Əsgərqızı bununla bağlı öz facebook səhifəsində aşağıdakıları qeyd edib:"Bu ailənin dramını yaradanlar əslində erməniyə xidmət edənlərdir. Erməni onları yurdlarından edib, Sultan ananın balası şəhid olub.
Bəzi məmurlar da erməninin od qoyduğu ananı diləndirdilər. Bu ailə həmdə təhdid olunur. Cavid Qurbanovun adamı olan Həbib adlı şəxs onlara göz ağardır.
Bəlkədə Cavid Qurbanovun bu qoçunun oyunlarından xəbəri yoxdur. İllərdir deyirlər Həbib adlı kəs ona özündən çəpər edib..."