Bakıda sərnişin avtobusunda sürücünü odlu silahla hədələyən şəxsin kimliyi müəyyənləşib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, avqustun 18-də saat 20 radələrində Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis bölməsinə zəng edən şəxs A.Məmmədov küçəsindəki dayanacaqda 85 saylı xətt avtobusuna minmiş naməlum şəxsin üzərində olan tapança ilə sürücüyə hədə-qorxu gəlməsini bildirib.Dərhal görülən tədbirlərlə sürücü Şamaxı rayon sakini Gülağa Xudaverdiyevə qarşı odlu silaha bənzər əşya nümayiş etdirməklə xuliqanlıq edənin şəxsiyyəti müəyyən edilib və hazırda onun yaxalanması üçün zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı cinayət işi başlanılıb.
Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.