Qarabağ müharibəsi əlillərinə ev verildi

Qarabağ müharibəsi əlillərinə ev verildi backend

Sabirabad və İmişli rayonlarında Qarabağ müharibəsi iştirakçıları üçün fərdi yaşayış evləri tikilib.


APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən inşa olunan 5 fərdi yaşayış evinin orderləri Qarabağ müharibəsi iştirakçılarına, müharibədə əlil olmuş şəxslərə təqdim olunub.

Orderlərin təqdim olunma mərasimində nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Əminə Seyidzadə, fondun digər rəsmiləri və rayon icra hakimiyyətlərinin nümayəndələri iştirak edib.
Diaspora