Heydər Əliyev Mərkəzinin parkında uşaqlar üçün növbəti tədbir keçirilib.
Qaziler.az "Report"-a istinadən xəbər verir ki, "Sevimi Bala" uşaq klubu ilə birgə təşkil olunan yaradıcılıq günündə balacalar öz bacarıqlarını iki mövzuda nümayiş etdiriblər.
Uşaqlar rəssam Nərminə Vəliyevanın müəllifi olduğu əsər əsasında stend üzərində nəhəng, rəngarəng mələk qanadları yaradıblar. Eyni zamanda, 10 metr uzunluğunda rəsm kağızı üzərində "Bakı şəhəri" mövzusunda rəsmlər çəkiblər.
Yaradıcılıq günü uşaqların incəsənətə marağını artırmaq, bacarıqlarını inkişaf etdirməklə yanaşı, onlar arasında həmrəylik hisslərini artırmağa, asudə vaxtlarının səmərəli təşkilinə yönəlib.