Aşığın adı ərazi mübahisəsində hallanır - Sakinlər Aşıq Ulduzu ittiham edir

Aşığın adı ərazi mübahisəsində hallanır - Sakinlər Aşıq Ulduzu ittiham edir backend

3 yaşayış binasının kiçik bir ərazisini sakinlər ağac əkərək yaşıllaşdırıblar.

Amma indi həmin ərazinin sahibi ortaya çıxaraq sakiləri ora buraxmır. Vətəndaşlar deyir ki, 30 ildir bu ərazi onların istirahət yeridi. Torpağın sahibi Aşıq Ulduz kimi tanınan Ulduz Quliyeva isə əlində kupçasının olduğunu və vətəndaşların onların torpağına göz dikdiyini deyir.
Bakının Binəqədi rayonu Süleyman Sani Axundov 3 A ünvanında yaşayan binanın sakinləri yaşadıqları binanın həyətyani sahəsində yerləşən yaşıllığın bir neçə həftədir ki zəbt edildiyini deyirlər. Sakinlərin sözlərinə 30 ildən çoxdur ki həmin sahə boş bir ərazi olduğunudan orda ağaclar əkərək yaşıllıq zonası salıblarr. İlərlədi ki,bu kiçik ərazini də istirahət yeri kimi istifadə edirlər. Amma indi bu istirahət zonasını hasara alırlar.
Sakinlər deyir ki, ərazi Aşıq Ulduz kimi tanınan müğənni Ulduz Quliyeva tərəfindən hasara alınaraq bağlanıbmış. Lakin onlar tikinti işçilərinə mane olaraq bu hasaralınmanın qarşısnı alıblar. İndi isə Ulduz Quliyeva bina sakinlərini məhkəməyə verib.
Məsələylə bağlı Ulduz Quliyevanın vəkili Tahir Əlirzayev bildirdi ki, həmin torpaq sahəsi qanuni olaraq müvəkkilinə məxsusdur. Bununla bağlı əllərində dövlət reyestr xidmətinin çıxarışı da var.
Tahir Əlirzayev həmçinin onu da dedi ki, sözügedən ərazidəki ağaclar kəsilməyəcək və aidiyyatı qurumlar tərəfindən razılıq əldə olunduqdan sonra bir hissəsi başqa bir əraziyə köçürüləcək.