Sabiq xarici işlər naziri tələbələrlə görüşüb

Sabiq xarici işlər naziri tələbələrlə görüşüb backend

Aprelin 30-da Təhsil Nazirliyinin təşkilatçılığı ilə Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin Azərbaycan Dövlət İqtisad Universitetində SABAH Qruplarının tələbələri ilə görüşüb.

Universitetdən Qaziler.az-a verilən məlumata görə, nüfuzlu diplomat Hikmət Çətin Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti barədə təəsüratlarını bölüşüb. Məruzəçi Ulu Öndərin Azərbaycan və Türkiyə arasında bütün sahələrdə əlaqələrin gücləndirilməsindəki xidmətlərindən danışıb.

Ölkəmizin bugünki inkişafını yüksək qiymətləndirən qonaq Azərbaycanın regionun ən güclü iqtisadiyyatına malik olduğunu qeyd edib. Sabiq nazir qonşu ölkələrdə baş verən proseslərə də toxunub.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qeyd: 1991-1994-cü illərdən Türkiyə xarici işlər naziri, 1997-1999-cu illərdə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri kimi çalışan Hikmət Çətin tanınmış diplomatlardandır.


Diaspora