Rejissor Mərdan Feyzullayev vəfat edib

Rejissor Mərdan Feyzullayev vəfat edib backend

Moskvada fəaliyyət göstərən “Dərviş” teatrının yaradıcısı və baş rejissoru Mərdan Əhmədiyyə oğlu Feyzullayev 58 yaşında vəfat edib.


M.Ə.Feyzullayev 1959-cu ildə Şəki rayonunun Kiş kəndində anadan olub. O, baş rejissoru olduğu teatrda bir sıra tamaşalara quruluş verib. M.Feyzullayev eyni zamanda M.F.Axundovun “Sərgüzəşti-vəziri-xani-Lənkəran” və Elcinin “Şekspir” əsərlərini rus dilində səhnəyə qoyub və hər iki tamaşa paytaxtda uğurla numayiş etdirilib.

M.Ə Feyzullayev 2010-cu ilin noyabr ayında Rusiyanın II dərəcəli “Vətən qarşısında xidmətlərinə gorə” medalı ilə təltif olunub. 2011-ci ilin iyul ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə incəsənət sahəsindəki nailiyyətlərinə gorə o, “Əməkdar artist” fəxri adına layiq gorulüb.

ALLAH RƏHMƏT ELƏSİN!