Prezident İlham Əliyev Azərpaşa Nemətovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
"Report"un məlumatına görə, sərəncama əsasən, Azərpaşa Zəfər oğlu Nemətov Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.Qeyd edək ki, A.Nemətovun avqustun 13-də 70 yaşı tamam olur.