Nazirlik evsiz sakinlər üçün çadır quraşdırır

Nazirlik evsiz sakinlər üçün çadır quraşdırır backend

Fövqəladə Hallar Nazirliyi (FHN) Mülki Müdafiə Qoşunları Sumqayıtda yataqxananın yanması nəticəsində evsiz qalmış sakinlər üçün çadır quraşdırır.

Bu barədə Modern.az-a FHN-nin mətbuat ximdətinin rəhbəri Oqtay Bayramov məlumat verib.

O, sakinlər üçün 30 çadır quraşdırıldığını bildirib.

Qeyd edək ki, yanğın avqustun 4-də Sumqayıt Dövlət Universitetinin İsmət Qayıbov küçəsində yerləşən tələbə yataqxanasının üçüncü mərtəbəsində baş verib. Hadisə yerinə bir neçə yanğınsöndürən maşın cəlb edilib. İlkin araşdırma zamanı yanğının yataqxananın 3-cü mərtəbəsindəkı partlayışdan sonra başladığı məlum olub.

Hadisə zamanı 10 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, binada 114 məcburi köçkün ailəsi məskunlaşıb.