Rauf Arifoğlu və Azər Ayxana ağır itki üz verib

Rauf Arifoğlu və Azər Ayxana ağır itki üz verib backend

Rauf Arifoğlunun atası Arif Abbasov bu gün səhər saatlarında dünyasını dəyişib.

A. Abbasov 1940-cı ildə Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olub. O, uzun illər müəllim kimi fəaliyyət göstərib.

A. Abbasov bu gün Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində son mənzilə yola salınacaq.

“Qarabağ Qaziləri” İictimai Birliyi və “Qaziler.az” saytının kollektivi Rauf Arifoğlu və Azər Ayxan qardaşlarına ataları Arif müəllimin vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!