Binəqədi rayonunda “Beynəlxalq Gənclər günü” münasibətilə iməcilik keçirilib

Binəqədi rayonunda “Beynəlxalq Gənclər günü” münasibətilə iməcilik keçirilib backend

12 Avqust - “Beynəlxalq Gənclər günü” münasibətilə Binəqədi rayonunda “Gənclik həftəsi” layihəsi çərçivəsində iməcilik keçirilib.


Qaziler.az AZƏRTAC-a istinadən bildirir iməcilikdə icra hakimiyyətinin gənc əməkdaşları, Gənclər və İdman İdarəsinin kollektivi, Yeni Azərbaycan Partiyası rayon təşkilatının fəal üzvləri, 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin, Mənzil-Kommunal İstismar Sahələrinin əməkdaşları və ASAN könüllüləri iştirak ediblər.

İməcilik zamanı gənclər akademik Zərifə Əliyeva adına istirahət parkı, Mir Cəlal küçəsi 3, 5, 7, 9, 11 və 15 nömrəli binaların həyətləri, məhəllədaxili parklar və 6-cı mikrorayonda “Zeytunluq” adlanan ərazidə təmizlik işləri aparıblar. Ətraf mühit insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənib və abadlıq işləri görülüb.

Binaların həyətindəki uşaq qurğuları, oturacaqlar və söhbətgahlar təmizlənərək rənglənib, binaların girişlərində təmizlik işləri həyata keçirilib.
Diaspora