Bu gün tanınmış Qarabağ qazisi, “Vətən Müharibəsi Əlilləri” birliyinin sədri, “Qarabağ qaziləri” birliyinin sədr müavini Firidun Məmmədovun 45 yaşı tamam olur. Bu münasibətlə “Qarabağ Qaziləri” İctimai Birliyinin idarə heyəti ona təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:
“Əzizimiz Firidun bəy!Sizin Vətənimiz qarşısında olan xidmətiniz danılmazdır. Azərbaycanımızın ictimai-siyasi arenasında bir qazi olaraq yetərincə nüfuza maliksiniz.
Bir QHT rəhbəri kimi müharibə insanlarının hüquq və mənafelərinin qorunmasındakı xidmətiniz təqdirəlayiqdir. Bütün bunlar dövlətə bağlılığınız və millətə olan sevginizdən irəli gəlir ki, bu da əsl vətənpərvərlikdir.
Sizin bu davranışlarınız həm də əsil hacı əxlaqının göstəricisidir.
“Qarabağ Qaziləri” İctimai Birliyinin fəaliyyətindəki xidmətləriniz isə əvəzsizdir.
Hörmətli Firidun bəy!
Sizi 45 yaşınız münasibəti ilə təbrik edir, uzun ömür, can sağlığı, bir də doğma Qarabağımıza qayıdış sevinci yaşamağı arzulayırıq. Amin!
“Qarabağ Qaziləri” İctimai Birliyinin idarə heyəti”