Tbilisidə fəaliyyət göstərən Evangilis-Baptist kilsəsinin həyətində yeni məscid tikiləcək.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Evangilis-Baptist kilsəsinin baş yepiskopu Malxaz Songuluşivi bildirib.
O deyib ki, kilsənin həyətində üç səmavi dinin ibadət ocaqlarının tikilməsi barədə qərar qəbul olunub. Kilsənin sol tərəfində sinaqoq, sağ tərəfində isə məscid tikiləcək.
Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin rəhbərliyi bu tolerant ideyanı dəstəkləyib.
Avqustun 3-də məscidin təməlqoyma mərasimi olub və müsəlman dini icmalarının rəhbərləri mərasimdə iştirak ediblər.
Bildirilib ki, yeni tikiləcək məscidin uzunluğu 8, eni 5 metr olacaq. Məsciddə həmçinin kitabxana da fəaliyyət göstərəcək.