Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsinin ilkin mərhələsində iştirak ediblər

Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsinin ilkin mərhələsində iştirak ediblər backend

Beynəlxalq Ordu Oyunlar çərçivəsində “Tank biatlonu” müsabiqəsinin “Fərdi sürmə” mərhələsinə start verilib.

Qaziler.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, T-72B3 tankında yarışlarda iştirak edən Azərbaycan heyəti Küveyt və Monqolustan komandalarını geridə qoyaraq ilkin mərhələni öz qruplarında 2-ci yerdə başa vurublar.

“Tank biatlonu” müsabiqəsində 19 ölkədən 55 tank heyəti iştirak edir və yarışlara avqustun 12-də yekun vurulacaq.