İstanbulda “Qarabağ hekayələrinin” imza mərasimi keçirilib.
Qaziler.az Lent.az-a istinadən xəbər verir ki, millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q. Paşayeva Aksarayda bölgənin fəal gənclər, qadın təşkilatları, QHT və KİV rəhbərləri ilə görüşüb. Görüşdə Azərbaycana geniş diqqət ayırmağa çağıran millət vəkili, Q. Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri, gənclər və qadın təşkilatları, QHT-ləri. KİV-ləri arasında da əlaqələrin getdikcə daha da genişlənməsinin vacibliyindən söz açıb. Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətləri ilə bağlı, Ermənistanın torpaqlarımızın 20%-ni işğal altında saxlaması, qaçqın və məcburi köçkünlərin taleyi, Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan ərazilərində dinc azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımlar, qətliamlar, Xocalı soyqırımı, erməni vandalizmi barədə söz açan Q. Paşayeva onları Qarabağ həqiqətlərinin yayılmasında daha fəal olmağa çağırıb. İki qardaş ölkənin fəal gənclər, qadın təşkilatları, QHT-ləri, KİV-ləri arasında əməkdaşlığın artmasının vacibliyi ilə də bağlı fikirlərini bildirən millət vəkili “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” seriyasından yaxın günlərdə çıxacaq yeni kitabında Aksaray ilə də bağlı geniş yazının öz əksini tapacağını deyib. Görüşün sonunda millət vəkili görüş iştirakçılarına müəllifi olduğu və Türkiyə türkcəsində çapdan çıxmış “Karabağ hikayeleri”nı imzalı hədiyyə edib. Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin, Prezident yanında QHT-lərə Dəstək Şurasının dəstəyi ilə çap olunmuş kitab yüzlərlə gəncə hədiyyə edilib.
Anadolu məktəbində də millət vəkili Q.Paşayeva ilə geniş görüş keçirilib. Millət vəkili Q. Paşayeva gənclərin suallarını geniş cavablandırıb və onlara Azərbaycanla, Qarabağ həqiqətləri ilə bağlı kitablar hədiyyə edib.