Abdulla Gül: “Bu, Bakı üçün qürurvericidir”

Abdulla Gül: “Bu, Bakı üçün qürurvericidir” backend

Bakıda keçirilən III Qlobal Forumda iştirak edən Türkiyənin sabiq prezidenti Abdulla Gül dünən paytaxtın mərkəzində gəzintiyə çıxıb.

Paytaxtın mərkəzi yerləri ilə tanış olan, sakinlərlə görüşən A.Gül Publika.az-a müsahibə verib.

O, Bakıda keçiriləcək I Avropa Oyunlarının əhəmiyyətindən danışaraq qeyd edib ki, dünya bu möhtəşəm tədbir vasitəsilə Azərbaycanı daha yaxından tanıyacaq:

“I Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycan üçün çox böyük nailiyyət, uğurdur. Bu oyunlar Bakını təkcə Avropaya deyil, bütün dünyaya tanıdacaq. Belə bir mötəbər tədbirin ilk dəfə Azərbaycanda keçirilməsi qürur duyulacaq bir şeydir. Eyni zamanda, buraya qoyulan sərmayə, tikilən idman kompleksləri də, əlbəttə ki, Bakı gənclərinə, Azərbaycan gənclərinə qalacaq”.

Qeyd edək ki, Türkiyənin 11-ci prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Abdulla Gül Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə ötən gün Bakıda keçirilən III Qlobal Forumda iştirak etmək üçün Azərbaycana səfərə gəlib.
Diaspora