Həbsdə olan MTN polkovnikinə 5 İL HƏBS TƏLƏBİ

Həbsdə olan MTN polkovnikinə 5 İL HƏBS TƏLƏBİ backend

Ləğv olunan Milli Təhlükəsizlik Nazirliyi (MTN) Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Prokuror çıxışı zamanı Mirəziz Əsgərovun 5 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə avqustun 4-də davam edəcək.

Qeyd edək ki, Mirəziz Əsgərov Vidadi Əzizovu İran və digər dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandıraraq həbs edib. Ondan hədə-qorxu yolu 500 min manat alıb. Bundan sonra Vidadi Əzizov sərbəst buraxılıb.
Daha sonra Əsgərov Əzizovun sahibkarlıq fəaliyyətinə mane olmamaq üçün 100 min dollar tələb edib, amma son nəticədə 40 min manat alıb.