Artıq işlərə start verilib Bakının mərkəzində, Xətai rayonu ərazisində böyük yeraltı avtomobil dayanacağı inşa olunur. Lent.az-ın məlumatına görə, Yusif Səfərov küçəsi ilə Babək prospektinin kəsişməsində (“Bazarstore”nin qarşısı) boş ərazidə tikiləcək dayanacaq ikimərtəbəli olacaq. Artıq dayanacağı layihəsi hazırdır və ərazidə torpaq, eləcə də svay vurma işləri həyata keçirilir.
Avtodayanacağın tikintisindən sonra ərazidə parkın salınacağı gözlənilir.