Gənclər və İdman Nazirliyinin əməkdaşları Fəxri xiyabanı ziyarət edib

Gənclər və İdman Nazirliyinin əməkdaşları Fəxri xiyabanı ziyarət edib backend

Azərbaycan Gənclər və İdman Nazirliyinin əməkdaşları, gənclər təşkilatlarının nümayəndələri nazirliyin yaradılmasının 23-cü ildönümü münasibətilə bu gün Fəxri xiyabanı ziyarət edib.


Qaziler.az “Report”-a istinadən xəbər verir ki, nazirliyin kollektivi və gənclər təşkilatlarının nümayəndələri ümummilli lider Heydər Əliyevin xatirəsini yad edərək məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.