Sosial müavinət alanların sayı açıqlandı

Sosial müavinət alanların sayı açıqlandı backend

6 ay ərzində nazirlik tərəfindən 442,8 min nəfər sosial müavinətlə, 58,6 min nəfər Azərbaycan Prezidentinin təqaüdləri ilə təmin olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən QAZİLER.AZ-a verilən məlumata görə, yanvar-iyun aylarında nazirliyin xətti ilə Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ilə təmin olunan şəxslərin sayı 58 638 nəfər təşkil edib.

Həmin təqaüdləri alan vətəndaşların sırasına Azərbaycan Respublikasının Milli Qəhrəmanları və ya onların ailə üzvləri, şəhid ailələri, müharibə əlilləri və onlara bərabər tutulanlar, 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçıları, 20 Yanvar əlilləri, ümumi səbəblərdən I qrup əlillər, Azərbaycan Respublikasının fəxri adlarını alanlar və başqaları daxildir.