Biləsuvar rayonunun Səmədabad Polis Bölməsinin rəisi polkovnik-leytenant Əjdər Hacıyev vəzifəsindən azad olunub.
O, daxili işlər naziri Ramil Usubovun müvafiq əmri ilə Cəlilabad Rayon Polis Şöbəsinin əməliyyat üzrə birinci müavini təyin olunub. Ə.Hacıyevin yerinə isə polkovnik-leytenant Arif Salmanov təyin olunub. O, bu vaxta qədər Neftçala Rayon Polis Şöbəsinin qərargah rəisi olub.Daxili işlər nazirinin digər əmri ilə Biləsuvar Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini polkovnik-leytenant Mehman Abışov vəzifəsindən azad olunaraq, Cəlilabad Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyin edilib.(Report)