Tarix İnstitutunda 10 min elektron kitabın təqdimatı olacaq

Tarix İnstitutunda 10 min elektron kitabın təqdimatı olacaq backend

24 iyul 2017-cı il tarixində saat 11:00-da AMEA-nın Tarix İnstitutunda “İslam Həmrəyliyi İli”nə həsr olunmuş tədbirlər planı çərçivəsində ərəb dilində elektron kitabların təqdimatı keçiriləcək.


Qaziler.az Modern.az-a istinadən xəbər verir ki, tədbirdə Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi Tarix İnstitutuna 10 min elektron kitab hədiyyə edəcək.

Ünvan: Bakı şəhəri, Hüseyn Cavid prospekti 115 (AMEA-nın əsas binası, 6-cı mərtəbə).