Deputat növbəti dəfə seçicilərini qəbul edib

Deputat növbəti dəfə seçicilərini qəbul edib backend

İyulun 20-də millət vəkili Novruz Aslanov İsmayıllı rayonunun Mücühəftəran, Göytəpə və Balik kəndlərində seçicilərini qəbul edib.


Qaziler.az APA.az-a istinadən bildirir ki, seçicilər müxtəlif problemlər barədə deputata müraciətlər ediblər.

Mücühəftəran kənd sakinləri təbii qaz və su məsələsini, Balik kənd sakinləri təbii qazla təminat məsələsini millət vəkilinin diqqətinə çatdırıblar.

Problemlər sırasında sosial və şəxsi məişət məsələləri də yer alıb.

Deputat problemləri əlaqədar qurumlara çatdıracağını bildirib.
Diaspora