Ev alan jurnalistlərin tam siyahısı - RƏSMİ

Ev alan jurnalistlərin tam siyahısı - RƏSMİ backend

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu mənzillə təmin edilən jurnalistlərin siyahısını açıqlayıb. QAZİLER AZ saytı həmin siyahını təqdim edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" 2013-cü il 22 iyul tarixli, 3011 saylı Sərəncamı əsasında KİV əməkdaşları üçün inşa edilmiş binada mənzillərin bölgüsü

İyulun 19-da "Kütləvi informasiya vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi qaydaları və şərtləri"nin müəyyənləşdirilməsi, həmin qaydalar və şərtlər əsasında sənədlərin qəbulu prosesinin şəffaf və ədalətli şəkildə həyata keçirilməsi məqsədilə yaradılmış birgə komissiyanın yekun iclası keçirilmişdir.

İclasda şəxsi göstəriciləri komissiya tərəfindən elan olunmuş kriteriya və şərtlərə cavab verən KİV əməkdaşlarının müvafiq seçimlərdən sonra hazırlanmış yekun siyahısı müzakirə olunmuşdur. Komissiya üzvləri namizədlərin jurnalistika sahəsindəki xidmətlərini, ailə tərkibini, mənzilə olan ehtiyaclarını və haqqının çatmasını ¬nəzərə alaraq mənzillərin bölgüsünü həyata keçirmişlər.

Komissiya üzvləri jurnalistlər üçün tikilmiş və gələcəkdə inşa olunacaq binanın xidmət və təsərrüfat işlərinin yüksək səviyyədə qurulması üçün bir ədəd mənzilin "Jurnalist EVİ" MMC-yə ayrılmasını məqsədəmüvafiq hesab etmişlər.
Müzakirələrin yekununda komissiya jurnalistika sahəsində fasiləsiz, səmərəli və məhsuldar fəaliyyətlərini, xidmətlərini, mənzilə ehtiyaclarını, haqqının çatmasını nəzərə alaraq aşağıda adları qeyd olunan KİV əməkdaşlarının mənzillə təmin olunmasını təklif etmişdir.


TAM SİYAHI BURADA