Ev almayan jurnalist həmkarlarını təbrik etdi - ÖRNƏK

Ev almayan jurnalist həmkarlarını təbrik etdi - ÖRNƏK backend

İTV -nin Qarabağ bölgəsi üzrə müxbiri jurnaliat Şöhrət Eyvazovdur.

Jurnalist ev alan həmkarlarını bu münasibətlə təbrik edib.

"Əziz həmkarlar!
Hər birinizi Milli Mətbuat günü münasabətiylə təbrik edir, yaradıcılıq uğurları arzulayıram.
Bilirik ki, bu günlər yeni mənzillə təmin olunmuş jurnalistlərimiz və onların ailələri üçün ikiqat bayramdır! Doğrusu bu dəfə mən də ev almaq üçün müracət etmişdim. Müharibə veteranıyam, ehtiyatda olan kapitanam.15 ildir ki, jurnalistikadayam, 2002-ci ildən "Hərbi And" qəzetinin baş redaktor müavini, 2007 ci ildən İctimai TV nin Qarabağ müxbiriyəm. 2015 ci ildə dövlət başçısının sərəncamıyla "Tərəqqi" medalına layiq görülmüşəm.
Ev ala bilməsəmdə siyahıda tanıdığım və haqqı olan çoxlu insan gördüm. Xüsusilədə vəfat etmiş jurnalıstlərin ailələrinə göstərilən diqqət məni də riqqətləndirdi.
Möhtərəm prezdentimiz yeni binanın təməlini qoyaraq mediaya qayğının davamlı olacağını ğöstərdi. Ona görədə bu dəfə ev ala bilməyənlərə səbrli olmağı arzulayıram və ümid edirəm ki, tezliklə bizlərində mənzil problemimiz həll olunacaq!
Ev alan həmkarlarımıza "Mübarəkdir!" deyək!"