“I Avropa Oyunları ərəfəsində hər gün Azərbaycana qarşı qərəzli münasibət müşahidə edirik. Azərbaycana münasibət, Azərbaycanla bağlı atılan addımlar qərəzlidir”.
APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov deyib.N. Məmmədov bildirib ki, güclü dövlətlər geosiyasi və iqtisadi maraqlarını hər şeydən üstün tutur: “Sözdə bir şey deyilir, proseslərdə ayrı şey müşahidə olunur. Ona görə də belə hallar yaşanır”.
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
