Ötən həftə Koreya KİV-i bildiriblər ki, “Samsung Electronics” şirkəti analoji dövr müddətində “Samsung Galaxy S8” smartfonlarını “Galaxy S7”-dən 20 faiz az satıb.
İKT.lent.az-ın “ixbt.com” saytına istinadən məlumatına görə, “Samsung”un mobil bölməsinin rəhbəri Kox Donq Cin (Koh Dong-jin) bu məlumatı inkar edib və bildirib ki, “Galaxy S8” və S8+ smartfonları satışına görə ötən ilki flaqman cihazlarını 15 faiz qabaqlayır.
Kox Donq Cin bəyan edib ki, “Galaxy S8” smartfonları olduqca yaxşı satılır. Bununla belə, şirkət əmindir ki, bu tendensiya bu ilin üçüncü və dördüncü rüblərində də sabit qalacaq.
Ancaq təəssüf ki, “Samsung”un satışları ilə bağlı konkret rəqəmlər barədə məlumat verilmir.