IV İslam Oyunlarının məqsədi islam həmrəyliyini möhkəmləndirmək idi. Azərbaycanın məqsədi islam ölkələri arasında ixtişaşlara son qoymaqdır.
Axar.az xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Mətbuat Şurası və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə tədbirində deyib. Ə.Amaşov qeyd edib ki, bu gün islam dünyasının həmrəyliyinə daha çox ehtiyac var:“Biz bu sahədə istiqamətimizi elə qurmalıyıq ki, dinə olan münasibət Azərbaycanı orta əsrlərə aparmasın. Biz dini dəyərləri müasir şəkildə qiymətləndirməliyik. Əgər biz keçmişə nəzər salsaq, onda biz inkişafdan geri qalacağıq. Qafqaz Müsəlmanları İdarəsi və jurnalist təşkilatları media təmsilçilərinin dini baxımdan məlumatlanması üçün işlər görür. Hesab edirəm ki, bu təşəbbüslərin böyük köməyi var”.