ANAMA-nın kollektivi Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

ANAMA-nın kollektivi Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib backend

İyulun 18-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) yaradılmasının 19-cu ildönümü tamam olur.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Agentlik 1998-ci il iyulun 18-də fəaliyyətə başlayıb.

Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu münasibətlə ANAMA-nın direktoru Qəzənfər Əhmədovun başçılığı ilə qurumun məsul əməkdaşları iyulun 18-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn ANAMA-nın əməkdaşları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Diaspora