Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri nazirlikdə

Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri nazirlikdə backend

QAZİLER.AZ saytına İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, aprelin 28-də İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mesaad İbrahim Al-Sulaimi qəbul edib.

Görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Səudiyyə Ərəbistanı arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, qarşılıqlı rəsmi səfərlərin, xüsusilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu yaxınlarda Səudiyyə Ərəbistanı Krallığına səfərinin ölkələrimiz arasında əməkdaşlığın genişlənməsində əhəmiyyətini qeyd etmişdir. Bildirilmişdir ki, Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında iqtisadi əlaqələr də uğurla davam edir və bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial var.

Nazir Şahin Mustafayev neft-kimya, kənd təsərrüfatı, turizm, investisiya qoyuluşu, birgə investisiya fondunun yaradılması və s. sahələrdə əməkdaşlıq imkanlarını diqqətə çatdırmışdır.
Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mesaad İbrahim Al-Sulaim ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində maraqlı olduqlarını vurğulamış, iqtisadi sahədə əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşmüşdür.

Görüşdə may ayında Səudiyyə Ərəbistanı Krallığının Ticarət və Sənaye nazirinin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri, səfər çərçivəsində keçiriləcək biznes forum və ikitərəfli görüşlər barədə ətraflı müzakirələr aparılmışdır.
Diaspora