Silahlı Qüvvələrin rabitə vasitələrinin texniki xidməti və təmiri Mərkəzinin açılışı olub

Silahlı Qüvvələrin rabitə vasitələrinin texniki xidməti və təmiri Mərkəzinin açılışı olub backend

Müdafiə Nazirliyinin rəhbərliyi Silahlı Qüvvələrin rabitə vasitələrinin texniki xidməti və təmiri Mərkəzinin açılışında iştirak edib.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Mərkəzdə qoşunlarda istifadə edilən bütün növ stasionar və səyyar müasir hərbi kommunikasiya avadanlıqlarına texniki xidmət göstəriləcək və onlar qısa müddətdə tam təmir olunacaq.

Döyüşün idarə edilməsi üçün müxtəlif növ təkərli nəqliyyat vasitələrinin bazasında quraşdırılmış komanda qərargah maşınlarının təminatı, təyinatı, döyüş imkanları barədə müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə edilib.

Müdafiə Nazirliyinin rəhbərliyi mərkəzin ərazisində yerləşən rabitə vasitələrinin cari və orta təmiri üçün nəzərdə tutulmuş laboratoriyalar, o cümlədən digər xidməti, inzibati otaqlar və anbarlara baxış keçirib. Müdafiə naziri mərkəzin fəaliyyətinin və imkanlarının genişləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
Diaspora