Bu dərmanı almayın!

Bu dərmanı almayın! backend

Azərbaycan Səhiyyə Nazirliyi "AzərFarm Ltd" şirkətinin istehsal etdiyi kalsium-xlorid 5% 100 ml dərman vasitəsinin satışına və istifadəsinə qadağa qoyub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Trend-ə bildirib ki, son günlər ərzində sosial şəbəkələrdə kalsium-xlorid 5%-li 100 ml məhlul dərman vasitəsinin istifadəsi zamanı baş verən ölüm halları barədə məlumatlar yazılıb. İstehsal olunmuş bu preparatın hər hansı bir ölüm halına və neqativ bir hala səbəb olması haqda məlumatları əsassız sayan nazirlik rəsmisi qeyd edib ki, AzərFarm Ltd şirkəti tərəfindən Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə daxil olan məktubda şirkətin istehsal etdiyi 036 seriyalı, istifadə müddəti 01.2017-ci il olan kalsium-xlorid 5% 100 ml məhlul dərman vasitəsinin istehsalı zamanı bəzi texniki problemlərin olması ilə bağlı həmin seriyanın satışının dayandırılması və 036 seriyalı kalsium-xlorid 5% 100 ml məhlul dərman vasitəsinin aptek şəbəkəsindən geri qaytarılmasına köməklik göstərilməsi barədə müraciət olub.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə Daxil olmuş məlumat əsasında müvafiq sərəncamla AzərFarm Ltd şirkətinin istehsal etdiyi kalsium-xlorid 5% 100 ml dərman vasitəsinin satışına və istifadəsinə müvafiq araşdırma aparılana qədər qadağa qoyulmuş və əczaçılıq şəbəkəsindən yığılması tam təmin edilmişdir.
Diaspora