Dövlət İmtahan Mərkəzi kolleclərə qəbul şərtlərini açıqlayıb. DİM-dən Axar.az-a verilən məlumata görə, 11 illik bazada kolleclərin müsabiqəsinə qəbul imtahanında topladığı ümumi balı 30-dan və Azərbaycan/rus dili, riyaziyyat fənlərinin hər biri üzrə balı 8-dən az olmayan abituriyentlər buraxılırlar.
Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə isə ümumi balı 25-dən az olmayan abituriyentlər buraxılır.
Qabiliyyət imtahanlarında iştirak etmək üçün elektron qeydiyyat iyulun 18-nə qədər davam edəcək. Qabiliyyət imtahanları isə 25 iyul – 3 avqustda keçiriləcək.
11 illik bazada kolleclərə qəbul olmaq üçün ixtisas seçimi 15-19 avqust tarixlərində aparılacaq.
9 illik bazada kolleclərin müsabiqəsinə isə qəbul imtahanında topladığı ümumi balı 40-dan, ana dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılır.
Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız imtahanda topladıqları ümumi balı 40-dan az olmayan abituriyentlər seçə bilərlər.
Qabiliyyət imtahanlarında iştirak etmək üçün elektron qeydiyyat 18 iyula qədər davam edəcəkdir. Qabiliyyət imtahanları isə 19 – 23 iyul tarixlərində keçiriləcək.
9 illik bazada kolleclərə qəbul olmaq üçün ixtisas seçimi 25 iyul – 06 avqust tarixlərində aparılacaq.