Lapşinin məhkəmə istintaqı başa çatdı: prokuror cəza tələb edəcək

Lapşinin məhkəmə istintaqı başa çatdı: prokuror cəza tələb edəcək backend

Bakıda həbsdə olan bloqçu Alenksandr Lapşinin barəsində cinayət işi üzrə məhkəmə davam edib.


Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində məqalələrlə bağlı rəy verən ekspert Almaz Bayramov dindirilib.
O verdiyi rəyi təsdiqləyib: “Lapşin yazılarında Azərbaycan ərazisinin parçalanması ilə bağlı çağırışlar edib, Ermənistanın xeyrinə şuarlar səsləndirib”.

Lapşin isə bildirib ki, yazılarında Ermənistanın Azərbaycana məxsus yüksəkliklərə nəzarət etməsini qeyd edilib.

Daha sonra hakim məhkəmə istintaqının başa çatdığını élan edib.

Məhkəmə iyulun 14-nə təyin edilib. Növbəti prosesdə prokruror Lapşinə cəza istəyəcək.