“Azərbaycan“ nəşriyyatının qarşısına parkomat qoyuldu - Jurnalistlər ETİRAZ ETDİLƏR

“Azərbaycan“ nəşriyyatının qarşısına parkomat qoyuldu - Jurnalistlər ETİRAZ ETDİLƏR backend

Dünəndən "Azərbaycan" nəşriyyatın qarşısına parkomat qoyulması burada çalışan jurnalistlərin narazılığına səbəb olub.


Qaziler.az Modern.az-a istinadən xəbər verir ki, bu haqda məlumatı ictimailəşdirən “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili etiraz əlaməti olaraq, parkomata pul verməyəcəyini bəyan edib.

“Şəxsən mən o maddi durumda deyiləm ki, işə gəlib maşın saxladığıma görə gündə 20-30 manat ödəyim”.

Baş redaktor bu məsələyə görə Bakı Şəhər İcra Hakimiyyətini qınayıb. “Azərbaycan” nəşriyyatında çalışan jurnalistlər A.Mərzilini müdafiə edərək etiraz etməyə başlayıblar. Onlar Bakı meriyasına müraciət edərək parkomatın yığışdırılmasını istəyiblər.