“Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı təsis edilib

“Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı təsis edilib backend

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişikliyi təsdiqləyib.

Qaziler.az bildirir ki, dövlət başçısı bu gün imzaladığı digər sərəncamlarla “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” və “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsviri” təsdiq edilib.