Yasamalda yaşayış binasında yanğın baş verib.
QAZILER.AZ-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, Yasamal rayonunda beşmərtəbəli yataqxana binasının şaxtasında 2-ci mərtəbədən 5-ci mərtəbəyə qədər keçən kabel 25 p.m yanıb.Yanğın zamanı 20 nəfər bina sakini təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 10:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.