Bu proqramla Bakını virtual səyahət etmək mümkün olacaq

Bu proqramla Bakını virtual səyahət etmək mümkün olacaq backend

Bakının küçə və prospektlərinə ilk dəfə virtual səyahət etmək mümkün olacaq.


Xezerxeber.az-ın məlumatına görə, bütün bunları müşahidə etmək üçün isə, sadəcə bir porqramı yükləmək kifayətdir. Bununla yanaşı, istənilən həkim və obyekt haqqında da informasiyalar əldə etmək mümkündür.
Paytaxtda fəaliyyət göstərən şirkətlərdən birinin ərsəyə gətirdiyi ``vektormap`` elektron xəritə proqramı ilə şəhərin küçə və prospektlərinin hazırki vəziyyətini görmək olur .
Şirkət nümayəndəsi İsa Şahbazov deyir ki, proqramı istənilən telefon və planşetə pulsuz yükləmək mümkündür. Hələlik bu proqram vasitəsi ilə Bakının 20 küçə və prospektinin virtual səyahət etmək olur. Sentyabr ayından isə bu layihə bütün küçə və prospektlərdə tətbiq olunacaq.
Açılan ekranda şəhərin istənilən yerinə virtual səyahət etmək mümkün olacaq. Bununla yanaşı, digər bir yenilik isə bu sayt vasitəsi ilə istənilən tibb işçisi və ya digər obyektlər haqqında daha dolğun məlumatın alınması ilə bağlıdır.Bəzi hallarda isə, küçə və prospektlərin yenilənməsi vətəndaşlarda çaşqınlıq yaradır. Şirkət nümayyəndəsi deyir ki, bu proqramdan istifadə zamanı həm yeni ünvan, həm də köhnə ünvan haqqında məlumat daha dolğun istifadəçiyə bildirilir.
Ümumilikdə bu proqramın bazasında 30 mindən çox obyekt haqqında məlumat yerləşdirilib.