“Youthmun 2015” konfransı başa çatıb

“Youthmun 2015” konfransı başa çatıb backend

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Gənclər və İdman Nazirliyi və BMT İnkişaf Proqramının təşkilati dəstəyi ilə ADAMUN klubunun təşkil etdiyi “Youthmun 2015” konfransı başa çatıb.

Gənclər Fondundan APA-ya verilən məlumata görə, Sabunçu rayonu Gənclər Evində keçirilən konfransda çıxışlar zamanı BMT Modeli formatında gənclər üçün belə tədbirlərin təşkilinin vacibliyi qeyd edilib. Ərazisinin 20 faizi işğal atında olan dövlətimiz üçün gənc diplomatların hazırlanması, gənclərin beynəlxalq diplomatiya sahəsində təcrübə və biliklərinin artırılmasının prioritet olduğu vurğulanıb.

Konfransın mövzusu olan "Gənclər siyasəti" haqqında iştirakçıların hazırladıqları təqdimatlar ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda 3 fərqli nominasiyada ən yaxşı iştirakçılara hədiyyələr verilib. “Best Debutant” nominasiyasına Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi İbrahim Vəlizadə, “Master Rules of Procedure” nominasiyasına ADA Universitetinin tələbəsi Cumanazar Asanov və “Best Position Paper” nominasiyasına isə Azərbaycan Dillər Universitetinin tələbəsi İnci Nəbiyeva layiq görülüb.

Qeyd edək ki, “YouthMUN 2015” Konfransı “Universitet Tələbələri arasında BMT Modeli” layihəsi əsasında keçirilən simulyasiya oyunudur. Konfrans zamanı iştirakçılar hər biri müxtəlif dövlətin BMT nümayəndəsi rolunda çıxış edərək qlobal məsələlərin həll yollarını tapmağa çalışırlar.
Diaspora