Abdulla Gül: “İkili standartlarla Cənubi Qafqazda sülhə nail olmaq mümkün deyil”

Abdulla Gül: “İkili standartlarla Cənubi Qafqazda sülhə nail olmaq mümkün deyil” backend

“İkili standartlarla Cənubi Qafqaz bölgəsində sülhə nail olmaq mümkün deyil”. APA-nın məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən III Qlobal Forumda iştirak edən Türkiyənin sabiq prezidenti Abdulla Gül deyib.

A. Gül bildirib ki, forumda çıxışı zamanı Azərbaycan torpaqlarının işğalı və ikili standartlar məsələsinə toxunub: “Ümid edirəm ki, bu foruma qatılan siyasətçilər, dövlət adamları bəlkə də indiyə qədər barəsində çox məlumatlı olmadıqları ədalətsizliyi və haqsızlığı yerində öyrənirlər. İnanıram ki, bu siyasətçilər, dövlət adamları Azərbaycandan getdikdən sonra həm ölkələrində, həm də qatıldıqları tədbirlərdə, platformalarda Azərbaycanın haqq davasına dəstək verəcəklər”.
Diaspora