“Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə dəyişiklik edilib

“Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə dəyişiklik edilib backend

Milli Məclisin bu gün keçirilən iclasında “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə dəyişikliklər edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb. APA–nın xəbərinə görə, layihə barədə MM sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib.

Z. Əsgərov bildirib ki, Əsasnamənin 154-cü maddəsinə “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə qulluq edən hərbi qulluqçular (hərbi attaşelər, hərbi nümayəndələr və onların köməkçiləri istisna olmaqla), habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda beynəlxalq hərbi təlimlərə, antiterror, xilasetmə və xidməti zərurətlə bağlı digər tədbir və ya əməliyyatlara cəlb olunan müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanlarının rəsmiləşdirilmiş icazəsi olduqda Azərbaycan Respublikasından gedə bilərlər” məzmunda hissənin əlavə edilməsi təklif olunur. Bundan başqa, həmin maddənin dördüncü hissəsindən “həmçinin xarici ölkələrə getmək” sözləri çıxarılır. Dəyişikliklər sənədin Miqrasiya Məcəlləsinə uyğunlaşdırılması məqsədi ilə aparılır.

Layihə səsə qoyularaq qəbul olunub.
Diaspora