“Yaşayış məntəqələrimizin mərmi atəşinə tutulması düşmənin növbəti çirkin təxribatıdır”
Bu barədə AzVision.az-a açıqlamasında ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib.General vurğulayıb ki, düşmən vəziyyəti gərgin olaraq saxlamağa çalışsa, nəticəsi onlar üçün daha ağır olacaq:
“Alxanlıda törədilən təxribata silahlı bölmələrimiz tərəfindən layiqli cavab verilib. Düşmən susdurulub. Hesab edirəm ki, erməni təxribatlarının qarşısı daha kəskin formada alınmalıdır. Yəni, təxribatlara 5-10 misli cavab verilməlidir”.
General-leytenant hesab edir ki, təxribatlar Ermənistanın daxilindəki qeyri-stabil vəziyyətlə əlaqədardır:
“Bu təxribatlarla Ermənistanın hərbi-kriminal rejimi daxili problemlərdən vətəndaşların diqqətini yayındırmağa çalışır. Rejim insanları aldatmaq istəyir. Ermənistan tərəfinin təxribatı Azərbaycanın üzərinə atmaq niyyətinə gəlincə, deyə bilərəm ki, bu, onların savadsızlığından irəli gəlir”.