"Yaxın günlərdə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tikilən 50 evə vətəndaşlar köçürüləcək".
"Report" xəbər verir ki, bunu Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov deyib.O bildirib ki, evlər ailələr arasında bölünüb: "Yaxın günlərdə 50 evə vətəndaşlar köçürüləcək. Köçürülənlərin hamısı Cocuq Mərcanlı kəndinin sakinləridir, yəni burada yaşamış və qeydiyyatda olan insanlardır".
K.Həsənov qeyd edib ki, köçürülmə könüllülük əsasında həyata keçirilir: "Bu dəfə köçürülənlərin böyük əksəriyyəti Abşeron rayonunuda, Sumqayıtda və digər yerlərdə ictimai binada, yataqxanada yaşayanlardır. Həmin şəxslərin nə özləri tərəfindən ev alınmayıb, nə dövlət tərəfindən evlə təmin olunmayıb".