General polis bölməsini yoxlatdırır

General polis bölməsini yoxlatdırır backend

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəhbərliyi Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Bölməsində (PB) yoxlamalara başlayıb.

QAZİLƏR.AZ-ın Report-a istinadən verdiyi məlumata görə, yoxlamalar zamanı bölmənin maddi-texniki bazası, polis nəfərlərinin adına təhkim olunan avtomobillərin texniki vəziyyəti nəzərdən keçirilib. Həmçinin 14-cü PB-nin şəxsi heyətinin işə davamiyyəti də yoxlanılıb.
Qeyd edək ki, 14-cü PB-nin rəisi polis polkovnik-leytenantı Zaur Bədəlovdur. O, bir neçə il əvvəl Nardaran qəsəbəsində baş verən ixtişaşlar zamanı 14-cü PB-nin rəis müavini olub və həmin vaxt başından yaralanıb. Sonradan Z.Bədəlov həmin bölmənin rəisi təyin olunub.
Qeyd edək ki, yoxlamalar Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidovun göstərişi ilə həyata keçirilir.
Diaspora