Azərbaycan Ordusunun şəhid polkovnik-leytenantı Raqub Orucovun xatirəsinə həsr olunmuş "SƏNİ UNUTMADIQ KOMANDİR, SİZİ UNUTMADIQ ŞƏHİDLƏR!" devizi altında keçirilən II futbol turnirinin açılış mərasimi olub. QAZİLER.AZ xəbər verir ki, tədbir şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq, bir dəqiqəlik sükut və Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.
Ardınca "Qurani-Kərim"dən ayələr oxunub. Sonra turnirin təşkilatçısı, "Qarabağ Hərəkatı"nın təəssübkeşi, "Cümhuriyət" qəzeti və "Cəbhə.info" xəbər saytının Qarabağ müxbiri Elgün Gəncimsoy tədbir barəsində məlumat verib və şəhid komandir Raqub Orucov haqqında danışıb. Açılış mərasimində iştirak edən "Qarabağ Hərəkatı"nın başqanı Vasif Qurbanzadə, Bərdə rayonunun ziyalı gənci Anar Şahbazov, həmçinin "N" saylı hərbi hissənin zabitləri çıxış ediblər. Çıxışlarda belə tədbirlərin xalq arasında vətənpərvərlik ruhunun yüksəldilməsinə xidmət etdiyi qeyd olunub.
Turnirdə hər birində 6 komanda olmaqla iki qrupda 12 komanda yarışacaq. Onların adları ilə aşağıda tanış ola bilərsiniz:

A qrupu:
Xınıdırstan - (4 kəndi təmsil edir)
Sarıcalı - (iki kəndi təmsil edir)
Mahrızlı - (iki kəndi təmsil edir)
Qaradağlı - (iki kəndi təmsil edir)
Bənövşələr - (Köçkün qəsəbəsi)
Yeni İmamqulubəyli - (köçkün qəsəbəsi)

B qrupu:
Mirov Qartalı - (Həbçilərdən ibarət komanda)
Uçoğlan - (4 kəndi təmsil edir)
Dördyol - (3 köçkün qəsəbəni təmsil edir)
Baharlı - (Köçkün qəsəbəsini təmsil edir)
Əhmədağalı - (4 kəndi təmsil edir)
Könüllülər - (Turnirin təşkilinə fiziki əmək sər edən gənclər)
Qruplarda 1-2-ci yerləri tutan komandalar yarımfinala vəsiqə qazanacaq. Bütün oyunlar Ağdam rayonunun Bənövşələr qəsəbə stadionunda keçiriləcək. Final matçı şəhid hərbçinin doğum günü olan iyul ayının 12-də baş tutacaq.