Yasamalda yanğın: 22 yaşlı gənc öldü -ƏLAVƏ EDİLİB

Yasamalda yanğın: 22 yaşlı gənc öldü -ƏLAVƏ EDİLİB backend

Bakının Yasamal rayonunda baş vermiş yanğın zamanı ölüm faktı qeydə alınıb. APA-nın məlumatına görə, yanğın başladıqda çayxananın işçisi 22 yaşlı Xanbabayev Şöhrət Әlövsət oğlu və digər bir nəfər içəridə olub.

Yanğından xilas olmağa çalışan 22 yaşlı gənc qapının şüşəsini sındıraraq bayıra çıxmaq istəyib. Bu zaman şüşə qırıqları onun ayaq damarlarını kәsib. Təcili tibbi yardım maşını ilә xəstəxanaya aparılan Şöhrət Xanbabayev qanitirmədən yolda dünyasını dəyişib.

Hadisə nəticəsində bir nəfər isə tüstüdən zəhərlənib.


Bakının Yasamal rayonu әrazisindә baş vermiş yanğın söndürülüb.

APA-nın məlumatına görə, FHN DYMX-nin Yanğınsöndürmə qərargahının rəisi Əkbər Novruzov jurnalistlәrә bildirib ki, çayxana 55, hüquq mәslәhәrxanası 155 kv.m. sahәdә yanıb. Yaxınlıqdakı market yanğından mühafizә olunub.
***
Fövqəladə Hallar Nazirliyi Bakının Yasamal rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.

QAZİLER.AZ saytı Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 310 kv.m olan 2 mərtəbəli mansard tipli su satış məntəqəsinin yanar konstruksiyaları 255 kv.m sahədə və ona bitişik ümumi sahəsi 54 kv.m olan avtomobil yuma sexinin çayxana kimi fəaliyyət göstərən mansardı 54 kv.m sahədə yanıb. Yanğından hər 2 obyektin qalan hissəsi mühafizə olunub. Yanğın saat 03:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.



Diaspora