Ölkədə 18 bəbir, 1600 ayı, 7 min ceyran var

Ölkədə 18 bəbir, 1600 ayı, 7 min ceyran var backend

“Azərbaycan zəngin təbiətə malik bir ölkədir. Bu səbəbdən burada heyvanların nadir növlərinə rast gəlinir”. QAZİLƏR.AZ saytı xəbər verir ki, bunu Lent.az-a müsahibəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyinin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişaf Departamentinin direktor müavini Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda ötən əsərin 20-ci illərində pələng növü də olub: “Amma ötən əsrin 30-cu illərində İran sərhədində - Biləsuvar ərazisində həmin pələng öldürülüb. Ondan sonra ölkədə pələngə rast gəlinmir”. Nazirlik rəsmisinin sözlərinə görə, Azərbaycanda digər heyvan növləri də var ki, onlar da nadir növlərə daxildir.
Direktor müavini vurğulayıb ki, bu heyvan növləri miqrasiya etdiyi üçün dəqiq sayını bilmək çətindir: “İldə iki dəfə yazda və payızda qeyd olunan heyvanların statistikası (sayğı) aparılır. Bu ilin yazında da sayğı aparılacaq və həmin sayğıda ETSN, AMEA və QHT nümayəndələri iştirak edəcək. Bu barədə ictimaiyyətə geniş məlumat veriləcək”.

H. Əlizadə vurğulayıb ki, həmin heyvan növlərinin mühafizəsi vacib məsələlərdəndir: “Bu cür heyvanları qorumaq üçün vacib amillərdən biri xüsusi mühafizə olunan təbiət ərazilərinin (Milli Parklar, Dövlət Qoruqları, Yasaqlıqlar) yaradılmasıdır. Bu istiqamətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi xeyli iş görüb. Hazırda ölkə ərazisinin 10.3 faizi xüsusi mühafizə olunan təbiət ərazidir. Bura 9 milli park, 11 dövlət qoruğu, 24 yasaqlıq daxildir”.
Departament direktorunun müavini onu da bildirib ki, nadir heyvanların öz tarixi ərazilərinə qaytarılması da əsas şərtlərdən hesab olunur: “Müəyyən səbəblərdən həmçinin heyvanların arientalları məhdudlaşır. 2-3 ildir ki Heydər Əliyev Fondunun, “İDEA” İctimai Birliyinin dəstəyi ilə ETSN tərəfindən həmin heyvanların tarixi ərazilərinə qaytarılması layihələri həyata keçirilir. Xüsusən son illərdə ceyranın öz tarixi ərazilərində məskunlaşdırılması işini qeyd etmək olar. Bu istiqamətdə də çox böyük nəticələr əldə edilib”.
Nazirlik rəsminin sözlərinə görə, ötən əsrin 20-ci illərində Azərbaycanda bəbirin olub-olmaması düşünülürdü: “Ötən əsrin 60-70-ci illərində ölkəmizdə ceyranların sayı 170 baş idi. Amma hazırda bu rəqəm 7 min 500 təşkil edib.
H. Əlizadə “Azərbaycanda nadir heyvanların öldürülməsinə rast gəlinirmi?” sualına da cavab verib: “Son illər ərzində nazirliyin apardığı işlər, o cümlədən maarifləndirmə tədbirləri nəticəsində belə hallara rast gəlinmir. Məsələn, ceyranı öldürən şəxsi 1650 manat cərimə, 2 ilə qədər həbs cəzası gözləyir”.

H. Əlizadə son illərin statistikasına əsasən, nadir heyvanların, quşların siyahısını təqdim edib:

Qızıl qazlar : 22 min 500 ədəd;
Qızılquşkimilər: 8 min 600 ədəd;
Turac: 8 min ədəd;
Qafqaz qırqovulu: 7 min 500 ədəd;
Bəbir: 15-18 baş (Bəbir miqrasiya etdiyi üçün say da dəyişir) ;
Qamışlıq pişiyi: 4 min 515 baş;
Ceyran: 7 min 500 baş;
Cüyür: 4 min 500 baş;
Ayı: 1600 baş;
Oxlu kirpi: 2 min 650 baş;
Maral: 1100 baş.
Diaspora